BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirir- ÖZƏL

"Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vuruldu. 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımı xalqımızı nə qədər sarsıtmışdısa, həmin ilin may ayında Şuşanın işğalı bizim psixologiyamızda, əhvalımızda bir o qədər sağalmaz izlər buraxdı. Biz uzun müddət o faciələrin təsiri altından çıxa bilmədik".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişli deyib:

"Qarabağı Azərbaycanın ərazisi hesab etmələrinə baxmayaraq, beynəlxalq təşkilatların dişsiz siyasətləri bizim o torpaqlara qayıdacağımıza dair ümidlərimizi də puç edirdi. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digərləri sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərdilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu 28 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31