ABŞ-dakı seçkilər bütün dünyanın taleyini müəyyən edəcək- ÖZƏL

"ABŞ-da bu vaxta keçirilən seçkilərin heç biri bu qədər maraqla gözlənilməmişdir. Dünya sanki tikan üstündədir. Bu seçkilərin nəticəsi dünyanın hansı istiqamətində yönələcəyini müəyyən edəcək. Məhz buna görə sanki bütün dünya dövlətləri nəfəslərini çəkib gözləyir. Demokratlar partiyasının namizədi Kamala Harris, yoxsa, Respublikaçılardan olan Donald Tramp?"

"Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib:

"Bu seçkinin nədən bu qədər maraq və intizarla gözləndiyini başa düşmək  üçün seçiləcək namizədlərin seçildikləri təqdirdə qarşılarına qoyduğu vəzifələrə diqqət yetirək. Əlbəttə ki bizi narahat edən əsas məsələ davam edən münaqişələrdir . Bu münaqişələrə namizədlərin baxışı necədir? Rusiya-Ukrayna, İsrail-Fələstin, İsrail-Livan, İsrail-İran münaqişələri hansı namizəd qalib gələrsə sülhə daha yaxın olar?
Mütəxəssislər Kamala Harris prezident seçilərsə Baydenin yeritdiyi siyasəti davam etdiriləcəyini düşünürlər. Yəni, mövcud olan münaqişələrin davam etdiriləcəyi, yaxın zamanlarda onların qarşısının alınmayacğı proqnozlaşdırılır. Amma Kamala Harrisin Netanyahu və indiki İsrail hökuməti ilə bağlı tutduğu mövqe Həmas və Livana qarşı hücumları sonlandıra bilər. İrana qarşı müharibə variantı da gündəlikdən düşür. Kamala Harris İranla danışıqlar vasitəsi ilə münasibətlər qurmağa üstünlük verəcək, nəinki raketlər vasitəsi ilə.
Donald Tramp seçilərsə Rusiya-Ukrayna müharibəsini saxlamağa söz verib. Amma söz vermək və tərəflərə atəşi saxlamağı əmr etmək kifayət edəcəkmi? Axı keçmiş prezident Rusiya ilə Ukrayna arasında atəşkəsə necə nail olmanın mexanizmini açıb göstərmir. Bu mexanizm bəlkə heç yoxdur.
İsrail isə Trampın prezident seçilməsindən daha çox qazanan ölkə olacaq. Çünki Tramp İsraillə bağlı birinci prezidentliyi dövründə həyata keçirə bilmədiyi məsələləri davam etdirəcək. Yəni, İsraili daha da gücləndirəcək, Ərəb ılkələrini İsraillə müqavilələr imzalamağa məcbur edəcək, İsrailin işğal etdiyi ərəb torpaqlarını ona bağışlayacaq və s. Tramp yenidən seçilərsə İranla müharibə də başlaya bilər.
İndi görək Amerikadakı seçicilər hansı namizədin qazanmasını istəyəcəklər. Düşünürəm ki, seçimn zamanı onlar təkcə özlərini deyil, bütün dünyanın taleyini düşünəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31