Cığatay, Qazax (Kasaq), Uyğur, Türkmən...elatının yurd(t)ları...
2 İyun 2023 10:06 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Üfüqləri hüdudları ilə "boğan", azman genişliyi Sibir çöllərini və soyuq qurşaqları da yarıb keçən Türk ellərinin Asiyanın "göbəyi"ndə düyün vurulan yurdları səhraların qum örtüyü kimi təmiz, geniş çöllərinin yovşan ətri kimi təravətli, bəyaz gecələrinin duaları kimi ruhsal-irfani, həyatları dinc-firavan olmuşdur, istər əski tarixlərində,istərsə də sonrakı minilliklərdə... Ta ki, bu yerlərə kafirlərin ləpirləri dəyənə, havasına nəfəsləri qarışana kimi...
Türk-Müsəlman xalqlarının (Qırğız-Qazax türkləri, Qıpçaqlar, əski Xəzərlər, Saklar-İskitlər (Massagetlər), Hunlar, Qaşğarilər...) kökənli, doğma yurdlarının qurulduğu, minilliklər boyunca ocaqları çatıldığı-közərən Orta və Mərkəzi Asiyanın dövlətləri (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Uyğurustan, Tacikistan...) ərazisində dini-sakral, dünyəvi-irfani, hikmət-mərifət... məkanları haqqında Çin (tarixçi-yazıçı Sıma Tsyan (e.ə.145-86), "Tarixi qeydələr", Ban Gu (32-92), "Xan sülaləsinin tarixi", səyyah Fa Syan (337-422),"Qərb ölkələri barədə qeydlər", Çjan Tszyan, Fa Syan...) və Yunan-Roma (Strabon (e.ə.23-64), "Tarix" və 17 kitabdan ibarət "Coğrafiya", Q.Pliniy (24-79), 37 kitabdan ibarət "Təbiət tarixi", K.Ptolomey (100-170), "Böyük quruluş" əsəri...), Türk-Ərəb (Təmim ibn Bəhrə (VIII əsrin II yarısı), Əhməd al-Fərqani (798-861), "Coğrafiyaya giriş", Əbu Abdullah əl-Xarəzmi (783-850), "Tarix kitabı", "Yerin təsviri kitabı", Əbülqasim ibn Xordadbex (820-912), "Səfərlər və ölkələr" kitabı, Əbülhəsən Əli ibn əl-Hüseyn əl-Məsudi (896-956), "Zamanın xəbərləri", "Orta kitab", Kudama ibn Cəfər (X əsr) "Vergi haqqında kitab", Əbu Reyhan əl-Biruni (973-1048), "Nəsillərin abidələri və ya tarixi", Əbu Abdullah Muhammad əl-İdrisi (1100-1165), "1154-cü ilin əl-İdrisi xəritəsi"...) alimləri ilə yanaşı, qazax mütəfəkkirləriindən tarixçi, etnoqraf, səyyah Muhammad Hənəfiyə-Çokan Çingiz oğlu Vəlixanlı (1835-1865), etnoqraf-folklorçu İbray Altunsarin (1841-1889), coğrafiyaşünas Yusif bəy Şeyxülislami (1837-1957), maarifçi-etnoqraf Muhammad Saleh Babacani (1832-1871), özbək mütəfəkkiri Mirzə Uluq bəy Sultan Şahrux oğlu (1394-1449)...əsərlərində qiymətli tarixi-coğrafi bilgilər vermişlər.
Ümumilikdə, Türküstan diyarı kimi bu coğrafi ərazi 5,8 milyon kv.km sahəni tutsa da, Altay dil ailəsinə aid olan kökənli Türkdilli xalqlarının yayılma arealı Anadıq-Anadolu yarımadaları arasında xeyli geniş sərhədləri (həm də Turfan çökəkliyindən Turqay keçidinə, oradan Sibir diyarının quzey hissəsinədək) özündə birləşdirir.
Türk dünyasının bu hissəsi haqqında qədim yunan coğrafiyaşünası Eratosfen (e.ə. 272-195-ci illər) "Coğrafiya" əsərində qeyd edib ki, Hindistan yaylasından Yaksart (Sır-Dərya) çayınadək yurdları-ocaqları yayılan Saklar (İskitlər) və Massagetlər Türkdilli tayfalar olmuşdur. Dinsiz hay kilsəsinin şərik çıxdığı və Ər Sakların şərəfinə antroroponim kimi yaranan Qarabağın dağlıq hissəsi-"Arsak/Ərsak" coğrafi məkanı da onların e.ə.IX-VII əsrlərdə məskunlaşdıqları əski ərazilər idi.
Əski Türk xalqlarının Mərkəzi və Orta Asiya regionundakı bu məkanları təbii-coğrafi mürəkkəbliyi-rəngarəngliyi, əlverişli hərbi-siyasi, iqtisadi-ticari üstünlükləri, milli etnogenezisinin çoxminillik yaşantısı və etno-sakral zənginliyi baxımından xarici qəsbkarların hədəfinə çevrilmiş, tarixi-coğrafi səhifələrinə yad məzmunlu əlavələr edilmişdir.
Zaman-zaman bu mürtəce istəyi gözaltı edərək marığda yatan hay kilsəsi də kənarda qalmamışdır. Ptolomeyin, Strabonun əsərlərində Sakların, İskitlərin, Hunların...kökənli əraziləri kimi qeyd edilən Pamir dağları hövzəsində yerləşən İskit (İssık) gölü ətrafında (Balıqçı-Otluq-Şorbulaq-Oğuzbulaq-Qızılsu-Qaragöl-Ağbulaq-Çolpan-Ata... yaşayış məntəqələri üzrə) 2016-cı ildə "Dünyanı tanı" layihəsi üzrə təşkil edilən beynəlxalq heyətli (Çin, İndoneziya, Polşa, Rusiya...nümayəndələrindən ibarət) ekspedisya-səyahətin (468 km məsafə qət etməklə) nəticəsi olaraq hazırlanan səfər təəssüratında hay kilsəsinin dəsti-xəttinə uyğun aşağıdakı məlumatlar yer almışdır (nə qədər düşündürücü olduğu başqa mövzudur):
-Guya rus səyyahı P.P.Semyonov Tyan-Şanski Venetsiya şəhərində 1375-ci ildə kartoqraf Kreskes tərəfindən tərtib edilmiş Katalan xəritəsi ilə tanış olarkən Yeddiçay hövzəsinndə (İssık göl ətrafında) iki gümbəzli-xaçlı və əski latın hərfləri ilə yazılı məbədin şərti işarəsinə rast gəlib.
Həmin yazının, ekspedisiya təəssüratının məzmunu belədir ki, guya "İssık göl adlanan yerdə erməni qardaşlarının məbədi vardır, apostol, müqəddəs Matfey orada dəfn edilib." Amma, hay kilsəsinin xətri xoş olsun deyə iddia edilir ki, P.P.Semyonov Tyan-Şanski gölün ətrafını təqdid etdikdə belə bir məbədin izini tapa bilmədiyindən güman edib ki, "erməni" kilsəsi və xaçı gölün suları altında qərq olubdur.
Əslində tarixi Faktlara söykənən Həqiqət belədir ki, Aralıq dənizinin qərb hissəsində, İspaniya yaxınlığındakı Malyorka adasında yəhudi kartoqrafı Avraam Kreskes (1325-1387) oğlu İequda (1350-1427) ilə birlikdə 1375-ci ildə kral Pyotr Araqonskinin sifarişi ilə dünyanın xəritəsini tərtib etmiş (sonralar bu "Katalon atlası" adlanmış və 1381-ci ildə Fransa monaxı V Karla bağışlanıb, ona görə də həmin xəritə bu günədək Paris şəhərinin Milli kitabxanasında saxlanılır (deməli, Venetsiya şəhərində yox).
Daha sonra, kosmopolit-mücərrəd məzmunlu, mistik süjet təsəvvürlü və xəyali kartoqrafik quruluşa (məzmuna) malik "Katalon atlası"nın 12-ci səhifəsi (Dmitri Şebalnikov tərəfindən hazırlanmış) "Dünyanın XIV əsr təsviri"nə aiddir və bu təsvirdə yəqin ki, "İssık göl adlanan yerdə erməni qardaşlarının məbədi"ni haylardan başqa heç kim görə bilməz.
Qeyd etmək lazımdır ki, P.P.Semyonov Tyan-Şanski Qərbi Avropada 1853-1855-ci illərdə səyahətdə olarkən İtaliyanın bir neçə şəhərində (Milan, Turin, Genuya, Florensiya...) olasa da, Venetsiya şəhərində olmayıb, o, yalnız 1881-ci ildə Venetsiya şəhərində keçirilən Ümumdünya Coğrafiya Konqresində iştirak edib.
1958-ci ildə Moskva şəhərində nəşr edilən, P.P.Semyenov Tyan-Şanskinin "Tyan-Şana səyahət" kitabında yalnız "nestorian məbədi" barədə qeydə rast gəlinir. Eləsə də, hay kilsəsinin xəritədə işarəsinə rast gəlinməsi haqqında biblioqrafiyasında heç bir məlumat verilmir ("P.P.Semyonov Tyan-Şanskinin memuarları", (1915-1917); A.A.Semyonov "Semyonov Tyan-Şanski" kitabı, 1965).
Rus arxeoloqları-tarixçiləri, şərqşünasları V.V.Bartold (1869-1930, "Asiya xalqlarının ədəbiyyatı və tarixi" (1913) əsəri), A.N.Bernştam (1910-1956, 1942-ci ildə müdafiə etdiyi "Qırğızlar və Qırğızıstan, qədim dövrlərdən monqol istilasınadək" mövzusundakı doktorluq dissertasiyası)...İssık-Kul hövzəsində (Güngöy buxtası yaxınlığında) yaşayış məntəqəsinin olduğunu bildirsələr də, bu yerlərdə haylar barədə bir kəlmə də olsun tarixi bilgi verməyiblər.
Və o da təəccüblüdür ki, hay kilsəsinin həyasızlığı o dərəcədə artıb ki, qeyri-dəqiq kartoqrafik məzmunlu Atlas dünya səviyyəli səyyahda-P.P.Semyonov Tyan-Şanskidə nədən bu qədər maraq oyatması iddiasının əsassızlığı da sərhəd tanımır.
Hiyləgər və fəndgir hay kilsəsi bununla Qərbi Avropanın mötəbər tarixi-coğrafi arxiv materiallarını əsas götürməklə:
-məşhur rus səyyahının adının gölgəsində-timsalında Mərkəzi və Orta Asiya bölgəsində saxta "erməni tarixi"nin izlərini cızmağa;
-Türk-Müsəlman coğrafiyasının Orta əsrlərində Xristian dünyasının aparıcı və həlledici qüvvələri timsalında "erməni"lərin olması ideyasının təbliğinə;
-Xristian gölgəsi altına sığınmaqla Mərkəzi və Orta Asiyada uydurma tarixlərinə etibarlı istinad tapmağa;
-əski Türkdilli Sak-İsgit tayfalarının kökənli yurdu və yolu üstündə olmağa;
-nail olmağı hədəfləmişdir.
Bu uydurma "nəzəriyyə" XX əsrin 60-cı illərindən sonra dinsiz hay kilsəsinin bəd-duası ilə dövriyyəyə buraxılmışdır. Həmin dövrdə Qırğızıstan SSR EA-nın Tarix institutunun ekspedisiyasının (D.F.Vinnikin başçılığı ilə) nəticələri nəzərə alınmaqla gölün hövzəsinə aid xronoloji tarix cədvəli (VIII-XII əsrlərə aid) tərtib edilmiş, eyni məzmunlu axtarışları 2003-cü ildə akademik V.M.Ploskix yeniləmiş, 2005-ci ildə gölün şərqində yeraltı mağara aşkar edilmişdir.
2006-cı ildə İssık-Kulda tarixçilərin-arxeoloqların (Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan...), Dövlət Ermitajının Şərq şöbəsinin müdiri Q.L.Semyonovun, YUNESKO nümayəndəsi Y.Peşkovun, "erməni"-qazax-qırğız ekspedisiyasının rəhbəri E.Ş.Xurşidyanın, Qazaxıstan EA-nın akademiki K.M.Baypakovun... iştirakı ilə Beynəlxalq elmi məclis təşkil edilmiş, qədim və əski Türk torpaqlarında "erməni izi"nin tarixiliyi müzakirə edilmişdir.
Qırğızıstan Respublikasında hay kilsəsi və ibtidai-insan sürüsü olan hay canlılarının izi bir sıra saxta nəşrlərdə və informasiyalarda də yer almaqdadır. Belə ki, B.N.Yeltsin adına Qırğız-Rusiya Slavyan Universitetinin akademik V.M.Ploskix adına Tarix kafedrasının dosentləri V.V. və V.V.Ploskixlərin "Qırğızıstan tarixində "erməni izi" (2020) məqalələrinin məzmunu qondarma hay iddialarını əsaslandırmağa yönəlmiş cəhddən başqa məqsəd daşımır.
Haşiyə. Qədim İpək yolu üstündə yerləşən Qırğız Respublikasında cəmi 700 hay yaşayır. Qırğızıstan Respublikasının Aqrar Akademiyasının professoru Q.A.Balyan (1928) öz soyadını daşıyan Fond yaradıb, 1999-cu ildə "Qırğızıstanda ermənilər" kitabının müəllifidir.
Paytaxt Bişkek şəhərində 24 iyun 2017-ci il tarixdə icmanın "Ararat" Evinin açılışını Qırğızıstan Şən və Hazırcavablar Klubunun prezidenti E.Akopyan etmişdir.
(ardı var)