Hesab edirəm ki, nümayəndə heyətimizin Polşaya rəsmi səfəri uğurlu keçdi

 

"Bildiyiniz kimi, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olmuşdur. Polşa Respublikasının Prezidenti cənab Andjey Duda, Polşa Seyminin sədri xanım Elzbieta Vitek və Polşa Senatının sədri cənab Tomaş Qrodzki, habelə Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun, Seymin Avropa İttifaqı məsələləri üzrə komitəsinin üzvləri ilə görüşlər keçirilmişdir".

Sərhəddə nəzarət buraxılış məntəqəsinin yerləşdirilməsi labüd idi - ÖZƏL

Olaylar xəbər verir ki, bunu deyən Milli Məclisin sədri Sahibə Qafarovanın sözlərinə görə, görüşlərdə Azərbaycanla Polşa arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunmuşdur.
Dövlətlərarası əməkdaşlığın inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin rolu ilə bağlı məsələlər müzakirə edilmişdir.   
44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işləri, bölgədə uzunmüddətli sülh yaradılması üçün dövlətimizin göstərdiyi səylər və Ermənistanın bu səylərə mane olmaq üçün törətdiyi təxribatlar, xüsusən mina terroru barəsində həmsöhbətlərimizə geniş məlumat verilmişdir.
Onu da qeyd edim ki, səfərin sonuncu günü, aprelin 20-də Varşava Universitetinin dəvəti ilə həmin təhsil ocağında mən məruzə ilə çıxış etdim. Azərbaycan dövlətçiliyinin inkişaf tarixi, xalqımızın zəngin mədəniyyəti və ənənələri, Azərbaycan dövlətinin daxili və xarici siyasəti, dünyada mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələr, beynəlxalq təşkilatların fəaliyyətində konstruktiv iştirakı və digər məsələlər barəsində fikirlərimi bölüşdüm.

Hesab edirəm ki, nümayəndə heyətimizin Polşaya rəsmi səfəri uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm".    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31