Sərhəddə nəzarət buraxılış məntəqəsinin yerləşdirilməsi labüd idi - ÖZƏL
25 Aprel 2023 14:27 Siyasət"Azərbaycan nəhayət ki, öz sərhəd bütövlüyünü tamamlaya bildi. Bu, tarixi hadisədir".
Bu fikirləri "OLAYLAR"-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, sərhəddə nəzarət buraxılış məntəqəsinin yerləşdirilməsi labüd idi:
"Bu, Azərbaycanın suveren hüququ idi. Artıq bundan sonra ərazimizə kənar ünsürlər daxil ola bilməyəcək".
Azər Qasımov qeyd edib ki, bəzi ölkələrin bundan narahat olmalarının heç bir nə hüquqi, nə də əxlaqi əsası yoxdur: "Həmin ölkələrin özləri əgər sərhədlərindən kimlərinsə necə gəldi icazəsiz istifadəsinə razı olarlarsa, onda bizə nəsə söz deyə bilərlər. Təbii ki, bu, mümkün deyil".
Politoloq deyib ki, Azərbaycan bu addımla həm beynəlxalq hüququ bərpa etdi, həm də belə bir biabırçı hərəkətin qarşısını almaqla beynəlxalq hüquqda olan boşluğu dolduraraq mənfi presidentin digər bu kimi hallara da şamil edilməsinin qarşısını aldı.