Təhsildə nə qədər pillə olar?
27 Dekabr 2022 13:00 Siyasət"Təhsilin pilləliyi haqqında danışmaq lazımdır. Təhsildə nə qədər pillə olar?" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib: "Bakalavr, magistr, aspirantura, disertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Bu qədər pillə olar? Qanunda da bu, nəzərə alınmalıdır. Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31