İndi şagirdlər müəllimin başına çıxır - Deputat
27 Dekabr 2022 12:56 Siyasət"Təhsl haqqında qanun qəbul edrik, amma təhsili düzəldə bilmirik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. Deputat bildirib ki, orta məktəbdə ibtadi sinifdə oxuyan nəvələrinin çantasını götürə bilmir: "Kitabları nəfis şəkildə nəşr edə bilərlər. Bu məsələ dəfələrlə qaldırılıb. Orta məktəbdə azyaşlı şagirdlərin çantaları belə ağır olmamalıdır".
Deputat daha sonra deyib ki, indi müəllimlərin üzərinə çox düşmüşük: "Əslində bu maşla uşaqlarımıza dərs deyən müəllimlər qəhramandır. Müəllimləri müəllimlikdən qovublar. Mən də zorakılığın əleyhinəyəm. Kişi müəllimləri mıəktəbdən qovmaq, çıxarmaq belə olmaz. 30 il iş ştajı olan müəllimləri işdən çıxarırlar. Müəllimləri belə ucuzlaşdırmaq olmaz axı. Elə bilirlər ki, müəllimə hər şey demək olar...".
Aqil Abbas qeyd edib ki, keşmişdə pis oxuyan nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı: "Ağdamda 5 nömrəli məktəb belələrindən idi. Amma onlar elə tərbiyyə alırdı ki, sonradan onların içində alimlər də, polis rəisləri də çıxdı. İndi şagirdlər müəllimin başına çıxır. Qadın müəllimə, onu təhqir edən şagirdə şillə vurur və buna görə, hay-küy qopur".