Sankt-Peterburq görüşündə Prezidentlərə üzük hədiyyə edildi – Üzərində nə yazılıb? - FOTO
27 Dekabr 2022 12:48 SiyasətSankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə MDB ölkələrinin rəhbərlərinə ittifaqın əməkdaşlıq rəmzləri olan üzüklər hədiyyə edilib.
Olaylar.az xəbər verir ki, MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü üçün xüsusi olaraq 9 üzük hazırlanıb. Onların üzərində Yeni il münasibəti ilə təbriklər var.
Mətbuatda Belarus Prezidenti Aleksandr Lukaşenkonun üzüyünün fotosu yayımlanıb.

Xatırladaq ki, ötən gün Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinin ənənəvi qeyri-rəsmi sammiti keçirilib.
İclasda Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak ediblər. Qonaqların hər birini Rusiya Federasiyasının Prezidenti Vladimir Putin şəxsən qarşılayıb.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31