Deputatın sorğusuna belə hər hansı şöbə müdiri standart cavab verir
27 Dekabr 2022 12:48 Siyasət"Dövlət qulluqçularının etik davranışları bu gün xoş təsir bağışlamır. Müraciət edirsən, hiss edirsən ki, səni başlarından edirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib. Qeyd edib ki, deputatın sorğusuna belə hər hansı bir şöbə müdiri standart cavab verir: "Dövlət qulluqçuları bəzi qurumlardan nümunə götürməlidir. Daxili İşlər Nazirliyinə müraciət edirsən, nazir özü şəxsən cavab verir. Bu, elə Ramil Usubovun dövründən belə olub. Bu kişi sizdən bəyəm əksikdir? Mən xahiş edirəm ki, onlar öz davranışlarına diqqət yetirsinlər. Elə biz həmişə deyirik, amma dəyişən heç nə yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31