Vitse-spiker: “Bu gün patraxtı İrəvan olan Ermənistan bizimn tarixi torpaqlarımızda qurulub”

"Burada həmkarların dövlət başçısının Qərbi Azərbaycan İcması ilə görüşünün ayrı-ayrı məqamları üzərində dayandılar. Çox maraqlı görüş keçirildi, prezident səviyyəsində məsələyə konseptual yanaşıldı. Amma bu görüş siyasi, mənəvi və tarixi tərəfləri özündə birləşdirirdi, beynəlxalq əhəmiyyət kəsb edirdi, dünya ictimaiyyətinin diqqətini Azərbaycana, Azərbaycan-Ermənistan münasibətlərinə yönəldirdi". "Olaylar" xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı vitse-spiker Fəzai İbrahimli deyib. Deputat bildirib ki, İrəvanın ermənilərə verilməsi adi fikir, vətəndaş mövqeyi deyil, bu, dövlət başçısının bəyanatı idi: "Bu gün patraxtı İrəvan olan Ermənistan bizimn tarixi torpaqlarımızda qurulub  və bu dünya ictimaiyyəti tərəfindən bilinməlidir".

Fəzail İbrahimli qeyd edib ki, sözügedən görüşdə Qərbi Azərbaycandan gələn insanların keçdiyi tarixi yola nəzər salınıb: "Onların keçdiyi faciəvi yol gündəmə gətirilir. 1918,1948 və s faciələr. Bütün bunlar dünya ictimaiyyətinə çatdırılır. Bizim tarixçilər bu məsələlərə toxunur, amma dünyanın bundan xəbəri yoxdur. Prezidentin bu məsələyə böyük diqqət ayırması bu baxımdan da əhəmiyyət kəsb edir".

Vitse-spiker xatırladıb ki, İndi Qərbi Azərbaycan İcmasının oturduğu binada zamanında Qarabağ İcması fəaliyyət göstərib: "İndi Qərbi Azərbaycan İcmasının həmin binada olması bir mesajdır ki, siz də vətəninizə qayıdacaqsınız. Biz bir zamanlar qeyd edirdik ki, hamımız qarabağlıyıq və torpaqlarımıza dönəcəyik. Prezidentin məlum çıxışının içərisində Qərbi Azərbaycanla bağlı həlqənin cızıldığı aydındır. Əminəm ki, günün birində bu parlamentdə biz Ermənistana qayıtdıq məsələsi gündəmə gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31