Komitə sədri Şimali Kiprlə dostluq qrupunun yaradılması təklif edib
27 Dekabr 2022 11:31 SiyasətMilli Məclisdə Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılması təklif edilib. "Olaylar" xəbər verir ki, bu təkliflə millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib: "Onların parlamentində artıq bu addım atılıb və dostluq qrupu yaradılıb. Qarşı tərəflə danışıqlarımız olub. Səfərimiz zamanı onlar da bu barədə bizdən xahiş ediblər. Sahibə xanım, sizdən xahiş edirəm, gələn sessiyada bu məsələyə baxaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31