Komitə sədri bütün vətəndaşları Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə aparmağa çağırıb
27 Dekabr 2022 11:21 SiyasətCənab Prezidentin doğum günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü yeni mücadiləmizin anonsudur. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Komitə sədri bütün vətəndaşları Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə aparmağa çağırıb: "Burada hər birimiz əlimizi daşın altına qoymalı, qanunvericilik sahəsində işlərimizi görməliyik. Hər bir azərbaycanlının üzərinə böyük vəzifə düşür. Necəki biz hamımız Qarabağlı idik, indi isə hamımız Qərbi azərbaycanlıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31