Bakının mövqeyi qətidir- Aksiya iştirakçılarının tələbləri icra olunmalıdır - ÖZƏL
27 Dekabr 2022 11:09 Siyasət"Sülhməramlıların yolun açılması üçün "mülki ermənilər"dən istədiyi iki gün vaxt başa çatdı. Mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhşi Asif Nərimanlı deyib. Qeyd edib ki, Rusiyada səfərdə olan Əliyevin Putinlə regiondakı vəziyyəti müzakirə edəcəyi gözlənilir: "Lakin Bakının mövqeyi qətidir. Aksiya iştirakçılarının tələbləri icra olunmalıdır, Əliyev Sankt-Peterburqa getməmişdən öncə də "geri çəkilməyəcəyik" mesajını Verdi. "Mülki ermənilərə" yolun iki günə açılacağını deyən sülməramlılar isə bu gün İrəvandan Laçın yoluna (Gorus istiqamətində) yürüş edən ermənilərə prosesin günlərlə çəkə biləcəyini deyiblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31