İsrailin Baş naziri Azərbaycanın BU QƏRARINI alqışladı

Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram.

Bunu bu gün İsrailin Baş naziri Yair Lapid tvitter hesabında bildirib.

O qeyd edib ki, Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir.

"Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir",- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31