İrəvan çalışacaq ki,... - ÖZƏL

Noyabrın 22-23-ü tarixlərində İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də həmin toplantıda iştirak etmək üçün Ermənistana səfər edəcəyi bildirilir.

Sözügedən səfər və toplantı barədə fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu "OLAYLAR"-a deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan əlindən gələnə edəcək ki, İrəvananda  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan əleyhinə bəyanat qəbul etsin: "Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcəklər". Politoloq hesab edir ki, bu sənədin qəbul edilməməsi Nikol Paşinyanın kefini pozmayacaq6

"Əksinə erməni cəmiyyətinə bir daha deyəcək ki, "gördüz KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31