Azərbaycan Rusiyanın vasitəçiliyində maraqlı deyil - ÖZƏL
18 Noyabr 2022 14:48 Siyasət"Rusiya prezidenti V. Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Soçidə keçirilən görüşdə Kremlin mövqeyində dəyişikliklər rəsmi Bakını Vaşinqton gündəliyinə üstünlük verməsinə səbəb oldu. Hazırda Azərbaycan və Rusiya prezidentləri səviyyəsində dialoq minimum səviyyəyə enib. Rəsmi Bakı artıq Rusiyanın vasitəçiliyinə ehtiyac görmür". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadınin sözlərinə görə, Prezident V. Putin "Valday" diskusiya kulubunda bitərəfli olaraq Ermənistanı dəstəkləyərək Qarabağda separtizminin əsas himayədarı olduğunu açıq büruzə verdi. Bununlada Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliy legitimliyinə kölgə salıb:
"Rusiyanın Qarabağa R. Vardanyanı göndərməsi proseslərdə böhranın dərinləşməsinə gətirib çıxarıb. Məhz prezident İlham Əliyev Qarabağdakı etnik ermenilərlə danışıqlarda açıq şəkildə Rusiyanın göndərdiyi adamla dialoq qurulmayacağını vurğuladı. İlk növbədə R. Vardanyan Qarabağda yaşayan erməni deyil, Kremlin göndərdiyi emissardi. Rusiya R. Vardanyanı göndərməklə Qarabağ onun nəzarətində olduğunu mesajını verir. Prezident İlham Əliyevdə ötən gün Rusiyanın göndərdiyi şəxslə danışılmayacağını mesajını verməklə Kremlin Qarabağ siyasətini qəbul etməyəcəyini açıq tezislə vurğuladı. Azərbaycan Rusiyanın göndərdiyi şəxslə danışıqlar aparmayacaq.
Azərbaycan Qarabağda V. Balasanyanla danışıqlar apara bilər. Müəyyən Qarabağda ermənilərlə müəyyən təmaslar məhz onun vasitəsilə baş tutub. V. Balasanyanın Azərbaycanla danışıqlar aparmaqda və konsensusa gəlməkdə təcrübəsi var. Azərbaycan tərəfi özü bildiyi və seçdiyi şəxslə dialoqda maraqlıdır. Hazırda Qarabağda təxribatların baş verməsi, ermeni silahli birləşmələrinin mühəndis istehkam işləri aparması, yeni silahların danışması Kremlin birbaşa təlimati ilə həyata keçirilir".