İsraildə səfirliyimizin açılması tarixi hadisədir
18 Noyabr 2022 14:12 Siyasət"Azərbaycanın İsraildə səfirliyinin açılması tarixi hadisədir". "Olaylar"xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib: "Bizim İsraillə əlaqələrimiz heç vaxt üçüncü dövlətə qarşı yönəlməyib. Səfirliyin açılması ilə Azərbaycanın nüfuzu daha da yüksələcək. İsrail və Azərbaycan bundan sonra daha güclü birlik nümayiş etdirəcək. Digər ölkələrdə səfirliyimizin açılması əlaqələri daha da inkişaf etdirəcək".
Qeyd edək ki, Azərbaycan İsraildə səfirlik açacaq. Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31