Parlamentlərarası əlaqələr üzrə daha 4 işçi qrupu yaradılıb

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb. "Olaylar"ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə" qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsinə əsasən, Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31