Azərbaycan İsraildə səfirlik açır?

Bu gün plenar iclasda "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamal Cəfərov öz Facebook səhifəsində yazıb. Bildirib ki, Dövlət büdcəsinin müzakirəsindən dərhal sonra məsələ müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Milli Məclisin hoyabrın 18-də keçirilən olenar iclasının gündəliyinə  "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi daxil edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31