Azərbaycana olan xarici təzyiqlərdə erməni diasporunun gücü hiss olunur - ÖZƏL

"Bu gün yəhudi, yunan, fars və erməni icmaları bu gün ən güclü diaspora qrupları formalaşdıraraq dünyanın idarə edilməsində iştirak edirlər. Dünyanın ən güclü diasporası olan xalqlarından olan ermənilər Rusiya, İran, Hindistan, Fransa, ABŞ kimi ölkələrdə xüsusi çəkiyə və təsirə malik icmaları ilə təmsil olunurlar". Bu fikirləri "OLAYLAR"-a səsləndirən tarixçi Rəfail Eminov bildirib ki, bu günlərdə adları çəkilən həmin ölkələrin təzyiqlərini öz üzərimizdə bu səbəbdən hiss edirik: "Əsas səbəb erməni diasporasının bu ölkələrdəki icmalarının gücüdür. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş bu icmalar arasında möhkəm bağlılıq olanda onların gücü ilə daha çox hesablaşırlar".

Tarixçi qeyd edib ki, diasporası güclü olan xalqlar dünyanın idarə edilməsində öz iqtisadi - siyasi mənafelərinl təmin edərək bir növ dövlətlərə diqtə edirlər. Onun qənaətincə, Azərbaycana olan xarici təzyiqlərdə erməni diasporunun gücü hiss olunur:

"Diaspora isə bir günün 10 ilin içində formalaşmır. Bunun üçün əsrlərlə fəaliyyət göstərmiş təşkilatları, ənənələri  olmalıdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31