Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır - ÖZƏL
18 Noyabr 2022 11:26 Siyasət"Bu gün Azərbaycan bir tərəfdən Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, digər tərəfdən heç bir axsatmaya yol vermədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, məhz bu siyasət nəticəsində bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır: "Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" ölkəmizin bu istiqamətdə əzminin və səylərinin növbəti göstəricisidir. Həmin proqrama əsasən təmsil etdiyim bölgədə də bir sıra yeni müəssisələrin, o cümlədən Cəbrayıl rayonunda 25, Qubadlı rayonunda 16 məktəbin inşası nəzərdə tutulur".