Türk dövlətlərinin hərbi birliyi nə zaman yaranacaq?- ÖZƏL

"Türk dünyasının hərbi birliyinin yaradılması haqqında danışmaq tezdir. Türk dünyasını əlaqələndirən təşkilatlar var. Həmin təşkilatlar daha çox iqtisadi, mədəni, humanitar məsələlərlə yanaşı son dövrlər siyasi məsələləri də müzakirə edir. Nəticədə siyasi əlaqələr də formalaşır".

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

"Bunlarla bərabər Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə arasında hərbi müdafiə sənayesi barəsində münasibətlər mövcuddur. Xüsusiə də Azərbaycan və Türkiyə arasında. İki ölkə arasında bağlanan Şuşa bəyannaməsinə görə hərbi müttəfiqlik mövcuddur. Azərbaycan ordusu Türkiyə ordusu standarlarında qurulur. Gələcəkdə məsələ haqqında müəyyən addımlar atılacaq. Bu gün atılan addımlar gələcəkdəki hərbi əməkdaşlığın bünövrəsini qoyan addımlardır. Hazırda türk dövlətlərinin hərbi birliyi üçün danışmaq müəyyən qədər zaman tələb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31