Rusiya Polşadakı partlayışa görə məsuliyyəti üzərinə götürməyi rədd edir - ÖZƏL/FOTO
16 Noyabr 2022 16:18 SiyasətABŞ prezidenti Co Bayden deyib ki, çərşənbə axşamı Polşada iki nəfərin ölümünə səbəb olan raketin Rusiyadan atılması ehtimalı azdır.
Olaylar.az xəbər verir ki, Rusiya Ukrayna sərhədindəki Polşa ərazisində, Prjevodova düşən raketə görə günahkar olduğunu inkar edib.
Polşa bu raketin Rusiya istehsalı olduğunu desə də, ABŞ rəsmiləri ilkin tapıntılara əsaslanaraq, bu hadisənin arxasında Ukrayna hava hücumundan müdafiə qüvvələri olduğunu bildirib.
Kiyevin məlumatına görə, çərşənbə axşamı Ukraynaya 90-dan çox Rusiya tərəfindən raket atılıb.
Rusiya qüvvələri tərəfindən atılan raketlərin əksəriyyəti ölkənin enerji infrastrukturuna yönəlib.
Həmçinin qeyd olunur ki, raketlərin bir hissəsi ölkənin Polşa ilə qərb sərhədindən çox da uzaq olmayan Lvov şəhərinə düşüb.
Rusiyanın hücumları zamanı sərhəddən 6 km uzaqlıqda yerləşən Prjewodow şəhərində ferma binasında baş verən partlayış nəticəsində iki polşalı işçi həlak olub.
Rusiya isə iddia edir ki, bu partlayış təxribat xarakterlidir və məsələni daha da xaotikləşdirmək üçün həyata keçirilmişdir. Prezident Bayden də Balidə keçirilən G20 Sammitində jurnalistlərə bildirib ki, məsələnin dəqiq faktları olmadan Rusiyanı günahlandırmaq ortadakı müharibəni aktivləşdirə bilər.
