İrandakı radikalizm dünyada gündəmə çevriləcək- ÖZƏL

"BMT- də İrana qarşı belə  bir müzakirənin keçirilməsi indiki vaxtda mötəbər addım olardı. Ona görə ki, hazırda İran regional və dünyəvi təhlükəsizlikdə problemli ölkə olaraq qarşımızdadır. Məsələn, İranın qurduğu əlaqələrə, dəstək verdiyi ölkələrə baxaq. Hər zaman sülhə, sabitliyə qarşı olan ölkələrin tərəfindən çıxış edir. Bütün bunlar İranın öz maraqlarına uyğundur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.

O bildirib ki  Ukrayna-Rusiya müharibəsində Rusiyanı, Qafqazda Ermənistanı dəstəkləyir, anti-Azərbaycan siyasəti aparır. Yaxın Şərqdəki bütün əlaqələrdə terror qruplarını dəstəklədiyini açıq şəkildə görürük. Bütün bunlar İranın bir dövlət olaraq bütün dünyada sülh və təhlükəsizliyə əngəl olduğunu göstərir. Belə bir dövləti vaxtında zərərsizləşdirmək lazımdır ki, gələcəkdə hansısa problemlər ortaya çıxmasın.  İranın daxlində baş verən hadisələrə baxdıqda sə heç öz vətəndaşlarının təhlükəsizliyini düşünməyəcək qədər radikal sistemə sahib olduğunu görürük. İrana qarşı atılan addımlar və BMT tərəfindən müzakirələrin təşkil edilməsi, effektivdir. Dünyanın diqqəti İrana çevriləcək. Sülh üçün çalışan güc mərkəzləri təhlükənin zərərsizləşdirilməsini sürətləndirəcəklər. Gələcəkdə daha sərt və effekktiv addımların atılacağını düşünürəm. Sərhəddəki ölkələr də təhlükəsiz şəraitə qarşı səbrli olmayacaq. Yaxın gələcəkdə dünyanın əsas mövsuzu İrandaki radikalizmi məhv etmək olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31