İranın Azərbaycandakı casus şəbəkəsi tamamilə çökdürülməlidir - ÖZƏL
16 Noyabr 2022 16:04 SiyasətDövlət Təhlükəsizlik Xidmətinin son aylarda İranın Azərbaycan Respublikasındakı casus şəbəkəsini ifşa etməsi istiqamətindəki fəaliyyətləri təqdirəlayiqdir. Əslində bu addımlar çoxdan atılmalı idi.
Bu fikirləri Bütov Azərbaycan Ocaqlarının təmsilçisi Faiq Ələkbərli səsləndirib. O bildirib ki, İran Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İslam dini və şiə məshəbi adı altında bir çox sahələrdə bizə təsir göstərməyə çalışıb: "Burda özlərinə məxsus casus şəbəkələri formalaşdırıblar. Quma təhsil almağa gedən gənclərin demək olar ki, xeyli bir qismini məhs bu yola yönəldilib. İran bununla onların təkcə beyinlərini, şüurlarını zəbt etməyib, həm də onların bəzilərini məhz cəsus olmağa sövq edib".
Faiq Ələkbərli deyib ki, Güney Azərbaycan türklərini maarifləndirməli, onlarla yaxından iş aparılmalıdır. BAO rəsmisi onu da qeyd edib ki, İranın Azərbaycandakı casus şəbəkəsi tamamilə çökdürülməlidir: "Hesab edirəm ki, çox yaxın zamanlarda biz bu məsələni kökündən həll edə biləcəyik. Artıq insanlarımız bilirlər ki, irançıların molla, fars rejimininin həqiqi İslamla heç bir əlaqəsi yoxdur.