Fransa Senatının qəbul etdiyi qətnamə tamamilə qərəzli bir sənəddir

"Fransa Senatının qəbul etdiyi qətnamə tamamilə qərəzli bir sənəddir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova bildirib ki, reallıqdan çox-çox uzaq olan belə bir sənədin qəbul edilməsi Azərbaycan-Ermənistan münasibətlərinin stabilləşməsinə zərbə vurmaqla yanaşı, eyni zamanda Azərbaycan-Fransa münasibətlərinə də kölgə salır:

"Fransa Senatı  bilməlidir ki, Azərbaycan BMT-nin ona verdiyi hüququndan istifadə edib və 30 il Ermənistanın işğalı altında qalan dədə-baba torpaqlarını işğaldan azad edib. Azərbaycanı ermənilərə məxsus abidələrə qarşı qeyri-adekvat davranışlarda ittiham edən Fransa Senatı, ermənilərin məscidlərimizdə heyvan saxlaması faktını niyə görməməzlikdən gəlir? Milli-mədəni, tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandal hərəkətlərdən, güllələnmiş heykəllərdən, dağıdılmış qəbirlərdən, murdarlanmış məscidlərdən  xəbərsizdirmi, Senatın üzvləri?"

Millət vəkili daha sonra bunları qeyd edib: "Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edən və bununla yanaşı, 30 il ərzində Ermənistanın işğalçı siyasətinə göz yuman Fransa Senatı bilməlidir ki, Qarabağ beynəlxalq hüquqla tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Milli Məclisin deputatı, eyni zamanda Azərbaycan vətəndaşı olaraq Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi qətnaməni şiddətlə qınayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31