Deputatlar Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər
16 Noyabr 2022 13:55 SiyasətMilli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək.Olaylar xəbər verir ki, deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, millət vəkili Vüqar İskəndərov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.
Beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər noyabrın 23-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31