Müdafiə və təhlükəsizlik xərcləri artırılacaq
16 Noyabr 2022 12:22 Siyasət"Azərbaycanda aparılan islahatlar, yeni iş yerlərinin açılması səyləri bu ilin 10 ayının yekununda qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan işçilərin sayının ilk dəfə olaraq 800 min nəfəri keçməsinə səbəb olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib: "Əməyin ödənişi xərclərini 420 milyon manata qədər artırılmasını əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının vacibliyini təmin etmək baxımından məqbul sayırıq". Deputat deyib ki, 2023-cü ilin dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin 15 milyard 218,9 milyon manata və yaxud büdcə xərclərinin 45,7%-nə çatdırılması dövlətin sosial siyasətinin aparılmasının maliyyə resursları ilə təmin edilməsi deməkdir: "Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 500 milyon manatdək artırılaraq 8 milyard manatı keçməsini ölkəmizin bu sahədə yaranan və yanacaq təhlükələrən qorunması baxımıdan məqbul hesab edirik.
Təhsilə ayrılan xərclərin 536 milyon manat, səhiyyəyə ayrılan xərclərin isə 197,6 milyon manat artırılmasını təqdirəlayiq hal hesab edirik. Bu istiqamətlərdə aparılan istlahatların, xüsusilə də, Təhsil Tələbə Krediti Fonduna əlavə vəsaitin ayrılmasını, sertfikatlaşmadan keçən müəllimlərin əmək haqlarının artırılmasını, dövlət hesabına təhsil alan tələbələrin sayının 12 224 nəfər artırılaraq 128 mini keçməsini, İcbari Tibbi Sığorta Fondunun büdcədən kənar fond kimi məüyyən olunmasını doğru addımlar hesab edirik".