Parlamentdə Əlcəzair soyqırımı barədə dinləmələrin keçirilməsi məsələsinə baxıla bilər - Deputat

"Tarix boyu müxtəlif ölkələrə qarşı törətdiyi vəhşiliklərdən sonra Fransanın irqi ayrıseçkilikdən danışmağa haqqı yoxdur. Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxıla bilər". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ramin Məmmədov parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsində Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək ölkəmiz əleyhinə absurd iddialar və ifadələrə yer verilib. 30 il ərzində torpaqları işğal edilən ölkə hərbi təcavüzdə ittiham edilir. Halbuki bütün hüquq normalarını, 10 noyabr bəyannaməsinin bütün şərtlərini məhz Ermənistan pozub: "Tarix boyu müxtəlif ölkələrə qarşı törətdiyi vəhşiliklərdən sonra Fransanın irqi ayrıseçkilikdən danışmağa haqqı yoxdur. Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxıla bilər. Səs çoxluğu ilə qəbul edilən bu qətnaməyə səs verənlər nəticə etibarı ilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs veriblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31