Heç vaxt İranda yaşayan Azərbaycan türklərinin haqlarının pozulmasına biganə qala bilmərik - ÖZƏL
16 Noyabr 2022 11:53 Siyasət"İrana heç zaman Azərbaycan kimi dünyəvi müsəlman ölkəsinin öz qonşuluğunda olması sərf etməyib. Bu ölkə heç bir əsası olmadan hər zaman Azərbaycanı özünə təhlükə görüb". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, ona görə də İran Azərbaycanda dünyəvi din modelinin qarşısını almaq üçün daim fəaliyyətdə olub:
"Hətta bu məqsədlə işğal altında olan ərazilərdə məscidlərimizdə donuz və inək saxlayan Ermənistana dəstək göstərməkdən belə çəkinməyib. Bu da onu göstərir ki, İran molla rejiminin din davası səmimi bir dava deyil və öz rejimini və insanları əsarətdə saxlamağa yönəlib".
Vüqar Əhmədov qeyd edib ki, biz heç bir zaman İranda yaşayan Azərbaycan Türklərinin haqlarının pozulmasına biganə qala bilmərik: "Düşünürəm ki, nəinki Azərbaycan, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar bu istiqamətdə İrana beynəlxalq təzyiqləri artırmalıdır".