Deputat parlamentdə Fransa siyasətinin müzakirəsini təklif etdi
16 Noyabr 2022 12:01 SiyasətMillət vəkili Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında təkliflə şıxış edib. "Olaylar" ın xəbərinə görə millət vəkili Fransa və İranın Azərbaycana qarşı yürütdüyü siyasətlə bağlı fikirlərini ifadə etməyə imkan verilməsini xahiş edib: "Sahibə xanım, xahiş edirəm ki, sabah bir saatlıq imkan yaradasınız ki, iclas keçirilsin, deputatlar Fransa və İranın Azərbaycana qarşı düşmən siyasətinə dair fikirlərini ifadə etsin". O qeyd edib ki, bir saatlıq müzakirələrdən sonra müvafiq bəyanat qəbul oluna bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31