“Minsk qrupunun tərkibi dəyişdirilməlidir” - Siyasət

“Minsk qrupunun tərkibi dəyişdirilməlidir”- Siyasət

Eldar İbrahimov: "Əgər bu təşkilat Qarabağ məsələsini həll edə bilmirsə, onda belə bir qurum nəyə lazımdır?"

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı  addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbəbdən cəmiyyətdə nüfuzunun itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür. Azərbaycan isə münaqişədən əziyyət çəkən tərəf kimi Minsk qrupunun formatının təkmilləşdidilməsində maraqlıdır. Əks halda Azərbaycanın Minsk qrupundan gözləntiləri nədən ibarət  ola bilər? Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunda vasitəçi qismində  Rusiya,  Fransa və ABŞ təmsil olunur. Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir. Nəzərə almaq lazımdır ki, Rusiya Cənubu Qafqazda mövqeyini saxlamaq üçün  Ermənistandan maksimim istifadə edir. Elə bu məqsədlə də Gümrüdə öz hərbi bazasını yerləşdirib. Fransa bu ölkədə erməni soyqırımı olmayıb deyənlərin məsuliyyətə cəlb edilməsilə bağlı  qanun qəbul edib. Amerika Birləşmiş Ştatlarına gəldikdə hələ 1990-cı ildə bir qrup senator  SSRİ prezidenti Mixail Qorbaçovdan Azərbaycanda qayda yaratmağı, ermənilərə görə azərbaycanlıların cəzalandırilmasını tələb edirdilər. Tələbin siyasi xarakteri ondan ibarətdir ki, Qarabağı Azərbaycandan çıxarılsın və onlara öz talelərini ittifaq tərkibində öz istədikləri kimi müəyyənləşdirməyə icazə verilsin. Ermənistana dəstəyin davamı olaraq 5 sentyabr 2019-cu ildə ABŞ-ın Ermənistan ayırdığı maliyyə yardımı artırılaraq 84,4 milyon dollara çatıb. Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan bildirib ki, ayrılan pullar iqtisadi inkişaf və sosial layihələrə yönəldiləcək. İndi təsəvvür edin ki, bu dövlətlərin təmsil olunduğu Minsk qrupundan hansı ədalətli qərar gözləmək olar? Məhz bu kimi amilləri nəzərə alaraq Azərbaycan içtimaiyyəti Minnsk qrupunun formatını dəyişdirilməsi təlifi ilə çıxış edir.

Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətsizliklərinə görə, beynəlxalq qurumları sərt tənqid edib. O, xüsusilə də, ATƏT Mink qrupunu və həmsədrləri fəaliyyətsizlikdə, münaqişənin həllinə laqeydlikdə, biganəlikdə ittiham edib. Komitə sədri bildirib ki, Minsk qrupunun tərkibi də dəyişdirilməlidir: "Mən özüm  iyirmi il ATƏT Parlament Assambleyasında Azərbaycanı təmsil etmişəm. Ancaq hesab edirəm ki, ATƏT-in Minsk qrupu və digər təşkilatlar hamısı boş şeylərdir. Bu təşkilatlarda, sadəcə, ona görə iştirak etməliyik ki, sözümüzü deyə, çatdıra bilək. Diqqət edin, Minsk qrupunun həmsdərləri deyirlər ki, hər iki ölkənin - Azərbaycan və Ermənistanın rəhbərləri özündə siyasi iradə tapsın, danışsınlar, biz də razılaşaq. Əvvəla, razılaşacaqlarsa, onda sizə nə ehtiyac, siz nəyə lazımsınız? İkincisi, Azərbaycan pezidentinin siyasi iradəsi var, öz sözünü deyir, ermənilər isə qaçır, minbir fitnəkarlıqla prosesdən yayınırlar. Minsk qrupunu da  yaradıblar ki, məsələni həll etsin. Əgər bu təşkilat Qarabağ məsələsini həll edə bilmirsə, problemi ölkə rəhbərlərinin ixtiyarına buraxırsa, onda belə bir qurum nəyə lazımdır? Şəxsən belə hesab edirəm ki, Minsk qrupunun tərkibi dəyişdirilməlidir. İldə bir dəfə hansısa ölkənin xarici işlər naziri sədr olur, regiona səfər edir, qayıdır. Amma həmin ikinci dərəcəli müavinlər isə biganədirlər. Yaxşı yadımdadır, "Daşnaqsütyun" Partiyasının sədri  ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edirdi. Mən bir dəfə ona dedim ki,  torpaqlarımızı işğal etmisiniz, bəs niyə öz adamlarınızı həmin torpaqlara köçürmürsünüz? Dedim ki,  sizin heç İrəvanda adamınız qalıb ki, Qarabağa da kimisə yerləşdirəsiniz?  Bilirsiniz, ermənilərin, sadəcə, torpaq xəstəliyi var və onlar əsrlərdir bu xəstəlikdən qurtula bilmirlər. Ancaq mən çox inanıram ki, gec-tez İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Burada ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Qarabağ bizimdir və bizim olacaq". Millət vəkili onu da bildirib ki, bu məsələnin həlli də yaxınlaşdıqca, çox təəssüflər olsun ki, Azərbaycanı həm xaricdə, həm daxildə istəməyən qüvvələr hərəkətə keçirlər: "Təxribatla, düşmənçiliklə məşğul olurlar. Ancaq bir daha bəyan edirəm ki, Azərbaycan dövləti bütün bu təxribatların qarşısını alacaq, torpaqlarımız işğaldan azad edilcək.  Azərbaycanlılar mütləq öz tarixi torpaqlarına qayıdacaqlar. Buna tam ənim ola bilərsiniz. Çünki buna Azərbaycan dövlətinin gücü də, Azərbaycan prezidentinin iradəsi də var".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31