Qənirə Paşayeva: “Qarabağ məsələsi tək bizim məsələmiz deyil”

Bu gün Qarabağ məsələsinidə çox həssas bir məqamdır. Xüsusilə, Vyana görüşündə danışıqların formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün və sülh danışıqlarının davam etdirilməsinin, o cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin telefin danışıqlarında  prosesinin fəallaşdırılmasının vurğulanması çox önəmli bir məsələdir. Azərbaycanın danışıqlar prosesində üstünlüyü açıq-aşkardır və bu, bizim Qarabağla bağlı arzularımızı, işğalın bitməsinə olan inanımızı bir daha artırmaqdadır". "Olaylar"xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. Deputat qeyd edib ki, Qarabağ təkcə Azərbaycanın deyil, bütün türklərin, Türk dünyasının məsələsidir. Onun sözlərinə görə, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə, xüsusilə də, Qarabağ məsələsində bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə alimlərimizin, aydınlarımızın, şairlərimizin, yazar və jurnalistlərimizin üzərinə çox böyük missiya düşür. Daha fəal olmalıyıq, daha fəal olmalıdırlar. Ümumiyyətlə, bütün türk-müsəlman çoğrafiyasında yaşayan, acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq. Bu gün Suriyada Bayırbucakda, İraqda Təlafərdə, Kərkükdə, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməliyik".

Azərbaycan xaqının hər zaman qardaş türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayan millət vəkili  bir daha bütün türk dünyasını, harada doğulub,  harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb: "Azərbaycan bizim olduğu qədər, həm də sizin, sizin yaşadığınız o gözəl yurdlarımız da,  sizin olduğu qədər də, bizimdir, bizim də Vətənizmidir.Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31