Müxalifətin antiAzərbaycan fəaliyyəti haradan qaynaqlanır?
Xalqın mənafeyinə zidd mövqedə duran bu ünsürlər “siyasi alət”ə çevriliblər Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada özünü radikal müxalifət kimi təqdim edən AXCP, “Müsavat” və Milli Şura kimi radikal siyasi qruplaşmalar daha canfəşanlıq edir. Baxmayaraq ki, dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanır, ancaq onlar həyasızcasına öz fəaliyyətlərini davam etdirirlər.
25 Yanvar 2019 13:48 SiyasətXalqın mənafeyinə zidd mövqedə duran bu ünsürlər "siyasi alət"ə çevriliblər
Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada özünü radikal müxalifət kimi təqdim edən AXCP, "Müsavat" və Milli Şura kimi radikal siyasi qruplaşmalar daha canfəşanlıq edir. Baxmayaraq ki, dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanır, ancaq onlar həyasızcasına öz fəaliyyətlərini davam etdirirlər. Çox təəssüf ki, bu fəaliyyət anti-Azərbaycan dairələrin diktəsi ilə həyata keçirilir. Hazırda xaricdən idarə olunan müxalifət ölkədə anarxiya yaratmaq məqsədilə "mitinq taktikasına" üstünlük verir. Yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq dediklərimizi bir daha sübut edir. Xatırladaq ki, kütləviliyi və mahiyyəti etibarilə əvvəlkilərdən heç nə ilə fərqlənməyən bu mitinq də bir daha müxalifətin zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Artıq tükənmiş, siyasi arxivə yuvarlanmış müxalifət "liderlərinnin" və təmsilçilərinin çıxışları bir daha göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Bununla da qondarma Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının keçirdiyi növbəti mitinq radikal müxalifətin hansı məqsədlər və prinsiplər əsasında çıxış etdiyini bir daha ortaya qoydu. Cəmiyyət bir daha gördü ki, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Əli Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. Bu isə ona dəlalət edir ki, xalqın mənafeyinə zidd mövqedə duran bu dağıdıcı ünsürlər anti-Azərbaycan dairələrin "siyasi alət"i qismində çıxış edirlər. Ümumiyyətlə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antoqonist proseslərin əsasını qoymağa çalışır. Elə bu məqsədlə də müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi" internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. Görünən odur ki, radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar. Yanvarın 19-da mitinqdən sonra, 20-də isə Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar. Bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Fakt ondan ibarətdir ki, verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları "himayə edən" mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Daha da dəqiq desək, radikal müxalifət qarşıdurma və dağıdıcılıq təbliğ etməklə məşğuldur. Çox təəssüf ki, bu çirkin oyuna gənclərin də cəlb edilməsi faktlar sırasındadır. Qətiyyətlə demək olar ki, Azərbaycan xalqı mitinqlərdən heç bir şey gözləmir. Çünki ötən 25 il ərzində müxalifətin "başbilənləri" insanları aldadıblar, söz veriblər, amma nəzərdə tutulan hədəflərə çata bilməyiblər. Bundan sonra da nəyəsə nail olacaqları inandırıcı deyil. Çünki, müxalifət partiyalarının gücü, ən əsaı isə sosial dayağı qalmayıb. Artıq müxalifət düşərgəsində ciddi çat baş verməkdədir. Nəzərə almaq lazımdır ki, ölkədə onlarla siyasi pariyanın olmasına baxmayaraq onların cəmi ikisi-üçü mitinqə qatılmışdı. Bu isə ona dəlalət edir ki, müxalifətin siyasi inteqrasiyası bərbad vəziyyətdədir, hamısı bir-biri ilə mənasız rəqabət aparır və ona görə də belə vəziyyətə düşüblər. Yeri gəlmişkən onu da xatırladaq ki, müxalifət nəinki iqtidara, eləcə də bu dövlətə, bu xalqa qarşı qisas hissi ilə yaşayır. Eynən illər öncə müxalifət liderlərinin xalqa qarşı səsləndirdikləri aqressiv fikirləri onların ardıcılları sözbəsöz təkrarlamaqdadırlar. Eyni ideologiya, eyni mübarizə taktikası əslində müxalifətin xalqa və dövlətə qarşı münasibətinin dəyişmədiyini açıq şəkildə ortaya qoyur. Təsadüfi deyil ki, qisas yanğısı ilə yaşayan AXCP fəalları dəfələrlə sosial şəbəkələrdəki statuslarında "hakimiyyətə gələcəkləri" təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını bəyan ediblər. Hətta bir qədər də uzağa gedərək əllərində müvafiq siyahılar olduğunu da bildiriblər. İndi təsəvvür edin ki, belə xislətə malik insanların hakimiyyətə gələcəkləri tədqirdə xalq və dövlət maraqlarını təmin edəcəkləri nə dərəcədə real görünür? Çox təəssüf ki, bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, iqtidar olmaq - hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad göstərmir. Odur ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmalı, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Alim