Prezidentin aktiv iştirakı ilə TDT  söz sahibi olan quruma çevriləcək- ÖZƏL

"Türk Dövlətləri Təşkilatının (TDT) siyasi-iqtisadi güc kimi  formalaşaraq beynəlxalq münasibətlər sistemində yer alması Azərbvaycanın xarici siyasətinin  ana xəttini təşkil edir.  Bunu cənab Prezident  İlham Əliyev 2024-cü il fevralın 14-də  andiçmə mərasimində açıq bəyan edətək deyib: "Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır". 2009-cu ildə Azərbaycanın aktiv iştirakı ilə Naxçıvan Sazişinin imzalanması nəticəsində əsası qoyulan Avrasiyanın mərkəzində Şərqlə Qərbin qovşağında yerləşən  TDT bu gün  beynəlxalq aləmdə ciddi rola malik bir təşkilat kimi qəbul olunmaqdadır".
Bunu "Olaylar"a açqılamasında deputat İlham Məmmədov Budapeştdə TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi  Zirvə görüşün şərh edərkən deyib. 
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan TDT-nin beynəlxalq məsələlərdə rolunu artırması üçün davamlı səy göstərməkdədir. "Cənab Prezident ölkəmizin TDT-nin inkişafında oynadığı rola diqqət edərək deyib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib", - o qeyd edib.
Deputat əlavə edib ki, cənab Prezident çıxışında  TDT-yə üzv ölkələr arasınd abundan sonra hərtərəfli əlaqələrin daha da dərinləşdirməsi istiqamətində   səylərini davam etdirəcək: "Məqsəd TDT-nin  ciddi bir təşkilat kimi formalaşaraq beynəlxalq aləmdə əhəmiyyətli bir güc blokuna çevirilməsidir. Bu hədəflərə nail olmaq üçünsə Azərbaycan  təşkilatın gələcəyinin formalaşmasında mərkəzi fiqur kimi çıxış edərək, təşkilatın dünya miqyasında rolunu artırmaq üçün strateji mövqeyindən və son geosiyasi uğurlarından istifadə edir. Prezident  İlham Əliyev TDT-ni təkcə türk dünyasının kollektiv maraqlarına cavab verən təşkilat kimi deyil, həm də sülh, sabitlik və qarşılıqlı inkişafın çırağı rolunu oynayan əsas platforma kimi nəzərdə tutur. 
Türkdilli ölkələr arasında birlik və ortaq məqsəd hissini gücləndirməklə Azərbaycan həm daxili çağırışları, həm də xarici təzyiqləri effektiv şəkildə həll edə bilən sabit və firavan region yaratmağı hədəfləyir.  Bütün məsələlərdə olduğu kimi, cənab Prezidentin aktiv iştirakı ilə TDT  yaxın gələcəkdə   ciddi beynəlxalq təşkilat olaraq beynəlxalq münasibətlər sistmeində söz sahibi olan quruma çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31