ABŞ Ermənistan Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq avadanlıq və nəqliyyat vasitələri təhvil verib – ÖZƏL
11:14 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Səfirliyi tərəfindən verilən məlumata görə, Dövlət Departamentinin İxracat Nəzarəti və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına təxminən 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıqlar təqdim olunub. Ayrılan dəstək sərhəd təhlükəsizliyinin gücləndirilməsinə, infrastrukturun modernləşdirilməsinə və regional əlaqələrin inkişafına yönəlib. Bu yardım həmçinin ABŞ-nin nəzarəti altında Ermənistanın Sünik vilayətindən keçərək Naxçıvanla quru əlaqəsini təmin etməyi nəzərdə tutan "Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində sərhəd idarəçiliyi potensialının artırılmasına xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31