BMT-nin Daimi Nümayəndəsi ABŞ-İran münaqişəsinə son qoymaq üçün bir şərt irəli sürüb-ÖZƏL

ABŞ İranın nüvə proqramı ilə bağlı "mənalı razılaşma" əldə olunana qədər İrana qarşı müharibə aparacaq. Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts Financial Times (FT) qəzetinə verdiyi müsahibədə bildirib.

Diplomatın sözlərinə görə, "prezident və ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının blokadasını davam etdirə və İranla "daxili uran zənginləşdirilməsi ilə bağlı mənalı bir razılaşma" əldə olunana qədər iqtisadi sanksiyalar vasitəsilə "təzyiqi artıra" bilərlər. ABŞ həmçinin İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə materiallarının bütün ehtiyatını məhv etməyə çalışacaq. Valts etiraf etdi ki, münaqişə bir ildən sonra belə həll olunmamış qala bilər, baxmayaraq ki, İranın daha tez "danışıqlar masasına mənalı şəkildə oturacağına" ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31