Tikinti layihələrinin ekspertizası ilə bağlı bir sıra məsələlər elektron qaydada həyata keçiriləcək
16:43 SiyasətPrezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
Olaylar.az xəbər verir ki, fərmana əsasən, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"na dəyişiklik edilib.
Belə ki, tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31