Mədəniyyət
“Quş dili” yenidən səhnədə
Yanvarın 12-də “YUĞ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili”ni təqdim edəcək.
Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığında daha bir uğura imza atıb. “OLAYLAR” xəbər verir ki, qardaş ölkə Türkiyədə yazıçının daha bir romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Belə ki, Yunus Oğuzun “Ovçu” romanı Turkiyədə türk dilində çapdan çıxıb. Kitab Türkiyədəki Cahan yayıçı Erol Cahangir nəşriyyatı tərəfindən çap edilib.
Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun "Atəşkəs və sürgün xatirələri" kitabı çap olunub
“Kitab Klubu” nəşriyyatı tərəfindən Görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim, yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun "Atəşkəs və sürgün xatirələri" əsəri 200 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” kitabı işıq üzü görüb
“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Lenin komsomolu mükafatının fəxri laureatı, görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı 264 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
"Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.
Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılacaq
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış Memoranduma əsasən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılır.
Musiqili Teatr məşqlərə davam edir
Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.
“İşıqlı kuklalar şousu” Sarayda
Moskva Müasir İncəsənət Teatrı Bakıda “Anna Karenina”nı təqdim edəcək
Fevralın 7-də Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən ikihissəli tamaşa təqdim olunacaq.
Xalq artisti ilə görüş keçiriləcək
Kreativ səriştələrin formalaşdırılması üçün yeni kurslar
“Musiqi insan orqanizminə dopinq kimi təsir edir”- Psixoloq
Almaz Əsgərova : “Sovet dönəmində insanları yönətmək üçün pop musiqi janrından istifadə olunurdu” Musiqi insan psixologiyasına heç bir incəsənət növünün bacarmadığı qədər təsir göstərmək gücünə malikdir. Bundan əlavə musiqinin fizioloji faydaları da var. London Universitetinin araşdırmalarından birində, tədqiqatçılar əməliyyata gedən xəstələrə musiqinin onların stress səviyyələrinə necə təsir etdiyini yoxladılar. Məlum oldu ki, əməliyyatdan öncə, əməliyyat əsnasında və sonrasında musiqi dinlənilməsi insanların ağrısını, narahatlığını və sakitləşdiricilərə qarşı olan ehtiyaclarını azaldır. Musiqi terapiyadır. Milli musiqimiz muğamla və klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur.
İlham Namiq Kamalın 70 yaşı
İlin ilk sərgisi - “Qrafika 2019”
“Bir, iki – bizimki!” yenidən səhnədə
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş ediləcək.






.jpg)


.jpg)




