Arif Əziz və tələbələrinin “Maestro end Artists” adlı sərgisi
Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” ordenli Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılıb. Rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə onun və 100-ə yaxın tələbəsinin əsəri nümayiş edilib.
16 Yanvar 2019 13:15 MədəniyyətMuzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, "Şöhrət" ordenli Arif Əzizin və tələbələrinin "Maestro end Artists" adlı sərgisi açılıb. Rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə onun və 100-ə yaxın tələbəsinin əsəri nümayiş edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Arif Əzizin həyat və fəaliyyətindən söz açıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizdə sənət adamlarına göstərilən diqqət və qayğıdan danışıb. Bu gün Azərbaycanın yaradıcı adamlarının dünyanın ən nüfuzlu salonlarında çıxış etdiyini, sərgilər açdığını söyləyib.
Rəssama "Dədə Qorqud" Milli Fondunun medalı təqdim olunub.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Arif Əziz əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib və bundan sonra da Azərbaycan incəsənətinin inkişafı naminə əzmlə çalışacağını söyləyib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.