Xalq artisti Firəngiz Əlizadə ilə görüş olub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib. Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində reallaşıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib. Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə "Bəstəkarlarla görüş" layihəsi çərçivəsində reallaşıb.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Firəngiz Əlizadənin Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söhbət açıb. Firəngiz xanımın yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edilib ki, onun "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş Beşik" və "Stadt Graniza" baletləri, "Habilsayağı", "Muğamsayağı", "Oazis", "Dərviş", "Abşeron" və müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərləri, violonçel və orkestr üçün konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünya miqyasında tanınır.

Sonra söz qonağa verilib. Keçdiyi ömür yolundan, yaradıcılıq planlarından danışan F.Əlizadə onun həyatında müəllimi, görkəmli bəstəkar Qara Qarayevin mühüm rol oynadığını söyləyib. Sonra bəstəkarın videoçarx vasitəsilə "Nasimi Passion" əsəri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31