“Vətənpərvərlik kinosu həftəsi” davam edir

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir.

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan "Vətənpərvərlik kinosu həftəsi" çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir.

Olaylar.az bildirir ki, kino həftəsi çərçivəsində filmlərin növbəti nümayişi yanvarın 15-də Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib.

Kinorejissor Gülnarə Abdullayevanın lentə aldığı Milli Qəhrəman Tahir Həsənova həsr olunmuş "Bizim zaman qəhrəmanları" və rejissor Kamalə Musazadənin lentə aldığı Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunmuş "Cavanşir" adlı filmlər tamaşaçılara təqdim edilib.

Filmlərin nümayişində məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kino həftəsinin keçirilməsində məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31