Mədəniyyət
Şairə yüksək vəzifə verildi
Xalq rəssamı, professor Arif Əzizin Türkiyədə “Bəyaz körpü” adlı fərdi sərgisi
İstanblun Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə NEVMEKAN SAHİL salonunda ADMİU-nun Dizayn və Dekorativ sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub. Olaylar.az bildirir ki, 8 mart Ümümdünya Qadınlar günü ilə bağlı Üsküdarda keçirilən III-cü “İz burakan kadınlar zirvəsi” tədbirində Arif Əzizin “Bəyaz” adlı əsəri Türkiyənin “Yaşılay” cəmiyyətinin və “İslam İşbirliyi Təşkilatı”nın prezidenti Esra Erdoğan Albayraka təqdim olunub.
Özbəkistan və Tatarıstan ədəbi ictimaiyyətindən Sona Vəliyevaya HƏDİYYƏ
Tatarıstanın ən nüfuzlu ədəbiyyat jurnalı olan “Kazan utları” (“Kazan odları”) Sona Vəliyevanın şeirlərini dərc edib. Olaylar.az bildirir ki, 4 səhifədən ibarət olaraq yayımlanan şeirlər tərcümə olunaraq tatar ictimaiyyətinə təqdim edilib.
Akademik Milli Dram Teatrında premyera
Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz“ əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. Teatrın mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
Bibisi ilə analiz Ayşənin Hüseyn Dəryanın qızı olmasını təsdiqləmədi
Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə "Bizimləsən" proqramına qatılıb və atasının digər övladı Cahangirdən DNT analizi istəyib. Reperin keçmiş həyat yoldaşı Sona onun istəyindən imtina edib. Ayşə isə ilk olaraq özü bibisi ilə analizə gedərək, Dəryanın qızı olduğunu sübut etməyə çalışıb.
"Dəb mənəm" niyə yayımdan qaldırıldı? - Vüsalə açıqladı
Aparıcı Vüsalə Əlizadənin ATV-də yayımlanan "Dəb mənəm" proqramının yayımı dayandırılıb. Artıq bir neçə müddətdir ki, veriliş efirə getmir. Vüsalə əməkdaşımızla söhbətində bildirib ki, sponsorla problem olub:
UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi - Muğam Mərkəzində
Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd edilib. Olaylar.az bildirir ki, tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində xalq çalğı alətləri ansamblının çıxışı və gənc rəssamların Azərbaycan mədəniyyətinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgi təqdim olunub.
Nobel mükafatında bir ilk
Nuşirəvan Məhərrəmli "Bakılı oğlanlar"ı təkzib etdi
Amaliya Pənahova ilə bağlı müəmma: Tarix bilinmir...
Gənc muğam ifaçıları “Muğamat var olan yerdə” layihəsində
Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, layihə çərçivəsində Televiziya Muğam Müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər.
Uşaq Filarmoniyası Xalq Çalğı Alətləri orkestri ilə birgə çıxış edib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, proqramda Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı əsərlər yer alıb. Orkesrt və solistlərin ifasında Azərbaycan bəstəkarlarının həm solo, həm instrumental, həm də vokal-instrumental əsərləri konsertə rəngarənglik qatdı. Proqram Azərbaycan musiqisinin qurucusu, dahi Üzeyir bəyin “Koroğlu” operasından olan Cəngi ilə açılıb.
.jpg)












