Amaliya Pənahova ilə bağlı müəmma: Tarix bilinmir...
6 Mart 2019 16:08 MədəniyyətAmaliya Pənahovanın qəbirüstü abidəsi yaxın vaxtlarda hazır olacaq.
Bu sözləri Amaliya Pənahovanın oğul nəvəsi Aydın Muxtarov deyib.
O, qəbirüstü abidənin dəqiq hansı tarixdə təhvil veriləcəyindən məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, ötən ilin noyabrında dünyasını dəyişən mərhum xalq artisti "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib. Mədəniyyət Nazirliyi qəbirüstü abidənin hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyətinin məşğul olduğunu desə də, meriya məsələ ilə bağlı onlarda hər hansı məlumat olmadığını açıqlamışdı.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31