Mədəniyyət
Azərbaycanlı müğənni həyat yoldaşını xəyanət edərkən tutdu - VİDEO
Sumqayıtlı bahar qızların əsərləri Sənət Mərkəzində
Mart ayının 9-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar Ittifaqı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları ilə “Nəsimi ili” çərçivəsində ruzi bərəkət bayramımız olan Novruzu yaşamaq və yaşatmaq məqsədi ilə “Sumqayıtlı bahar qızları Bakıda” adlı sərgi-tədbir keçiriləcək.
Fiziki məhdudiyyətli şəxslər Tarix Muzeyini ziyarət edəcəklər
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Sumqayıt şəhərindəki “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin bir qrup üzvü üçün ekskursiya təşkil olunub.
8 mart- Beynəlxalq Qadınlar Gününə həsr edilmiş sərgi - “Art Tover” rəsm qalereyasında
“Art Tover” rəsm qalereyasında “HEART” layihəsi çərçivəsində 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr edilmiş sərgi açılıb. Olaylar.az bildirir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü reallaşıb.
Lalə Məmmədova sosial şəbəkə hesabından prezidentə müraciət etdi - Kimlərin cibinə və harasa gedən bu pullar...
"Əziz prezidentim, görkəmli incəsənət xadimlərimizlə sonuncu görüşünüz, yaşanan problemlər və onların aradan qaldırılması yolunda gördüyünüz işlər ürəkaçan və təqdirəlayiqdir. Ümid edirəm ki, gələn görüşdə mənə də imkan yaranar, mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları problemlər barədə sizə danışaram. Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və iştirak etdiyimiz konsertlərə görə, heç bir qonorar almırıq (solisti olduğum AzTV istisna olmaqla). İstər televiziya, istər radio, istər Bakı, istərsə də, rayonlarda açıq hava və ya qapalı konsertlərdən…".
Fatimə qızına görə izləyicini polisə verdi
İzləyicilərindən biri rəqqasə Fatimə Fətəliyevanı özündən çıxarıb. Sənətçi qızının adına profil açıb, izləyici toplayan istifadəçini polisə verdiyini bildirib:
Vasco Araujonun "Liebestod. Sevgi və Ölüm" adlı fərdi sərgisi nümayiş olunacaq
Martın 9-da saat 19:00-da Kapellhausda rəssam Vasco Araujonun "Liebestod. Sevgi və Ölüm" adlı fərdi sərgisi nümayiş olunacaq.
Afaq Bəşirqızı Akademik Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə 6 və 8 mart tarixlərində saat 19:00-da xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edəcək.
Murat Boz yenidən Bakıya gəlir
“Bu qıza görə, ömürlük “srok” yataram” – Afaq izləyicilərini... /Foto
Nazir: “Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil”
“Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil. Bina Cəfər Cabbarlının varislərinə məxsusdur: “Onları varislikdən məhrum etmək etik qaydalara sığışmır. Bina artıq baxımsız vəziyyətdədir, amma dövlət balansında olmadığı üçün biz onu təmir edə bilməmişik. Biz yalnız 2010-cu ildə muzeyin eksponatlarını Tear Muzeyinə köçürmüşük. Əgər Cəfər Cabbarlının ailəsi orada bina tikilməsinə qərar versə, biz bununla razılaşmalı olacağıq. Mən deyim ki, dünyada və ölkəmizdə də belə təcrübə var”.
Əbülfəz Qarayev: "Nazirlik özəl televiziyaların efir siyasətinə qarışa bilməz"
"Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyətinin Mədəniyyət Nazirliyinin nəzərində olduğunu deyə bilmərəm, lakin müəyyən mənada gördüyü işlərdən xəbərdarıq. Nazirlik və dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Nazirlik özəl televiziyaların efir siyasətinə qarışa bilməz, biz kanallara sadəcə öz tövsiyə və məsləhətlərimizi verə bilərik”.
Mədəniyyət naziri: "İslahatlar davam etdiriləcək"
Nazir mədəniyyət sahəsində son illər islahatların davam etdiyini bildirib: "Ölkə başçısı bu sistemin yeni formatda olmasını istəyir. Son iki ildə kifayət qədər ekspremental da olsa vacib işlərin görülməsinə nail olunub. İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Kim bu düşüncədədirsə yanlış düşünür". Olaylar.az bildirir ki, bu fikirləri mədəniyyət naziri Əbülfəz Qarayev keçirdiyi mətbuat konfransında deyib.












