Sumqayıtlı bahar qızların əsərləri Sənət Mərkəzində 

Mart ayının 9-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar Ittifaqı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları ilə “Nəsimi ili” çərçivəsində ruzi bərəkət bayramımız olan Novruzu yaşamaq və yaşatmaq məqsədi ilə “Sumqayıtlı bahar qızları Bakıda” adlı sərgi-tədbir keçiriləcək.

Mart ayının 9-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar Ittifaqı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları ilə "Nəsimi ili" çərçivəsində ruzi bərəkət bayramımız olan Novruzu yaşamaq və yaşatmaq məqsədi ilə "Sumqayıtlı bahar qızları Bakıda" adlı sərgi-tədbir keçiriləcək.

Olaylar.az bildirir ki, tədbir bir yaradıcılıq mərkəzinin fəaliyyətinin bir növ imtahanı kimi xarakterizə oluna bilər və daha böyük auditoriyaya açılması xarakteri daşıyır. Belə ki, tədbirdə müxtəlif rəqs nümunələri, səhnəciklər, rəsm əsərləri, o cümlədən, uşaqların hazırladığı müxtəlif bəzək əşyaları nümayiş olunacaq.

Tədbirdə həmçinin insanları sərgilərə və bu kimi tədbirlərə ziyarət etməyə həvəsləndirmək məqsədi ilə uduşlu giriş biletləri nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31