Azərbaycanlı müğənni həyat yoldaşını xəyanət edərkən tutdu - VİDEO

Müğənni Zahidə Günəş "Şou ATV" verilişində şəxsi həyatı ilə bağlı etiraf edib.  

İfaçı ilk dəfə həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.  

Z. Günəş keçmiş əri tərəfindən xəyanətə məruz qaldığını dilə gətirib:  

"Dürüst insan xəyanətdən sınır. Bu, hissli olan insanlara aiddir, hissi olmayanlara aid deyil. Xəyanətə məruz qaldığım gün Mənzurə xanımla bir yerdə idik. Toyda gördü, ağladım orada. Həmin dəqiqə bildi. Ağlaya-ağlaya da durdum, o vəziyyətdə oxudum. Sonra güldüm, dəli kimi idim".  

Müğənni Mənzurə Musayeva həmkarının sözlərini təsdiq edib:  

"Toya gəlmişdi, toya koma vəziyyətində gəlmişdi". 

BAKU.WS 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31