Gənc muğam ifaçıları “Muğamat var olan yerdə” layihəsində
Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, layihə çərçivəsində Televiziya Muğam Müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər.
6 Mart 2019 14:16 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının "Muğamat var olan yerdə" birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, layihə çərçivəsində Televiziya Muğam Müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist, xanəndə Elnur Zeynalovun "Neyçün gəlməz" mahnısı ilə start verilən konsertdə daha sonra xanəndələr Mirələm Mirələmov "Dəşti" təsnifi, Gülzar Fərəcova "Dağları duman alanda", Rəvanə Əmiraslanlı "Uca dağlar", Mustafa Mustafayev "Gözəlim sənsən", Zeynal Əhmədov "Şur" təsnifini ifa ediblər.
Gecədə Elnur Zeynalov Televiziya Muğam müsabiqələrinin qalibləri Gülzar Fərəcova "Xəbərsiz", Rəvanə Əmiraslanlı "Deyin hardadır", Sədəf Budaqova "Ninnə" ilə birlikdə maraqlı duetlər ifa ediblər.