Uşaq Filarmoniyası Xalq Çalğı Alətləri orkestri ilə birgə çıxış edib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, proqramda Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı əsərlər yer alıb. Orkesrt və solistlərin ifasında Azərbaycan bəstəkarlarının həm solo, həm instrumental, həm də vokal-instrumental əsərləri konsertə rəngarənglik qatdı. Proqram Azərbaycan musiqisinin qurucusu, dahi Üzeyir bəyin “Koroğlu” operasından olan Cəngi ilə açılıb.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri konsert proqramı ilə çıxış edib.

Olaylar.az bildirir ki, proqramda Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı əsərlər yer alıb. Orkesrt və solistlərin ifasında Azərbaycan bəstəkarlarının həm solo, həm instrumental, həm də vokal-instrumental əsərləri konsertə rəngarənglik qatdı. Proqram Azərbaycan musiqisinin qurucusu, dahi Üzeyir bəyin "Koroğlu" operasından olan Cəngi ilə açılıb.

Daha sonra orkestrin ifasında bir-birinin ardınca S.Rüstəmovun "Qaytağı", Ə.Abbasovun "Gənclik rəqsi", Q.Qarayevin "Yeddi gözəl" baletindən Aişənin rəqsi, C.Cahangirovun "Misir lövhələri" sütası (fraqment), V.Adıgözəlovun "Bayram süitası" (I hissə) səslənib. Bundan başqa Prezident təqaüdçüsü Lalə İbrahimovanın ifasında S.Rüstəmovu "Səhər nəğməsi", F.Əmirovun "Azərbaycan elləri",  Respublika Müsabiqələr laureatı Əli Məmmədlinin (saz) ifasında S.Ələsgərovun "Aşıqvari", Respublika və Beynəlxalq Müsabiqələr laureatı Atlas Mehdiyevanın ifasında H.Xanməmmədovun "Yenə o bağ olaydı", O.Kazımovun "Məhəbbət", Respublika və Beynəlxalq Müsabiqələr laureatı İsmayıl Əsədlinin ifasında Niyazinin "Vətən nəğməsi", Respublika və Beynəlxalq Müsabiqələr laureatı Sənan Hacılının (tar) ifasında Q.Hüseynlinin "İlk məhəbbət", Prezident təqaüdçüsü Mirəli Əlizadənin (tar) və Respublika və Beynəlxalq Müsabiqələr laureatı Nəzrin Cəfərzadənin (kamaça) ifasında H.Rzayevin "Çahargah rapsodiyası" tamaşaçıların marağına səbəb olub.

Konsertin sonunda isə Lalə İbrahimova, İsmayıl Əsədli, Atlas Mehdiyevanın ifasında R.Hacıyevin "Azərbaycan" mahnısı təntənəli səsləndi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31