Mədəniyyət
Tariyel Qasımovun 80 illik yubileyi qeyd olunacaq
Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın bu teatr səhnəsində canlandırdığı unudulmaz qəhrəmanlardan söz açılacaq.
“Tanrıya 14 məktub” tamaşası təqdim ediləcək - Gənc Tamaşaçılar Teatrında
Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının ictimai baxışı olub. Tamaşanın premyerası isə 24 martda baş tutacaq.
Əli Əmirlinin "Varlı qadın" pyesi Osetiya səhnəsində
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında yaradıcılıq səfərində olub. Olaylar.az bildirir ki, o, Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrı səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesinə quruluş verib.
“Trubadur” operası nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi əsas partiyalardan biri olan Qraf di Luna partiyasını ifa etmək üçün Moskvanın “Qelikon-opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynosu dəvət edib.
İdmançı Kamil Zeynallının şikayəti təmin edilmədi
Ayselin adı hallandığı ailə münaqişəsinin detalları
Akademik Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, teatr mart ayının 15-də saat 19:00-da "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-da saat 14:00-da “O olmasın, bu olsun" (Ü.Hacıbəyli), həmin gün saat 19:00-da “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.
Həbsdə olan Fədayə Laçının FOTOSU
Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Olaylar.az bildirir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik etdi. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib. “Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir.
“Hüseyn Dəryanın qəbri açılacaq” – Reperin qızı
Zaur: "Həyat yoldaşımdan ayrılanda yanımda idiniz?" AÇIQLAMA
Mədəniyyət naziri “Günün nəbzi” televiziya proqramının qonağı olub
Martın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Televiziyasında “Günün nəbzi” proqramının qonağı olub. Olaylar.az bildirir ki, verilişdə matın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, eləcə də mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub. Proqramda həmin görüşdə qaldırılan məsələlər, irəli sürülən təkliflər və mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan addımlardan danışılıb.
Novruz bayramında festival - “Sənətkarlıq məhəlləsi”
Martın 21-22 tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızın ən qədim milli bayramı olan Novruz münasibətilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.
Cəfər Cabbarlının 120 illiyi müxtəlif tədbirlərlə qeyd olunacaq
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Muğam Mərkəzində elmi seminar keçiriləcək
Martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa”layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi ” mövzusunda elmi seminar keçiriləcəkdir.




.jpg)

.jpg)







